Cümə , Oktyabr 18 2024
azfa

Azərbaycan dövləti beynəlxalq səyyahların Cəbrayıl və Füzuliyə səfərini təşkil edib

GADTB: Dünyanın ən nəhəng dörd səyyah klublarından biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi 13 ölkədən olan səyahlar Füzuli rayonunda minaların zərərsizləşdirilməsi prossesini izləyib.

APA-nın yerli müxbiri xəbər verir ki, Füzuli rayonuna gələn səyyahlar işğaldan azad edilən Kənd Horadiz ərazisində ANAMA tərəfindən aparılan mina təmziləmə işləri ilə tanış olublar. Bundan sonra dünya səyyahları ərazidən aşkar edilmiş minaların partlayış yolu ilə zərərsizləşdirilməsi əməliyyatına şahid olublar.

Mütəxəssislər məlumat üçün bildirib ki, ərazidə təmizləmə işləri mexaniki, əl ilə və təlim keçmiş itlər vasitəsi ilə olmaqla üç üsulla aparılır.

Beləliklə beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb.

Beynəlxalq səyyahlar Cəbrayıl rayonunundan sonra Füzuli rayonuna səfər ediblər.

Füzulinin işğaldan azad edilmiş Kənd Horadiz kəndinə gələn qonaqlar ərazidə aparılan mina təmizləmə əməliyyatları ilə tanış olub, onlara işğal dövründə Ermənistan ordusunun ərazini mina və partlamamış döyüş sursatları ilə çirkləndirməsi barədə ətraflı məlumat verilib. Beynəlxalq səyyahların müşahidəsi ilə ərazidə aşkar edilmiş minaların partlayış yolu ilə zərərsizləşdirilməsi əməliyyatı da nəzərdə tutulur.

Həmçinin yoxlayın

Ceyhun Bayramov: Regionda davamlı sülh üçün Ermənistan konstitusiyasına dəyişiklik etməlidir

GADTB: Azərbaycan region ölkələri ilə ümumi çağırışların qarşısının alınması üçün konsepsiya hazırlayıb. Bunu Azərbaycanın xarici …

Azərbaycanlı fəal övladına uzun müddət mübarizədən sonra Hunay adına doğum şəhadətnaməsi aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal bir il gərgin mübarizə nəticəsində nəhayət …