Çərşənbə axşamı , Oktyabr 15 2024
azfa

Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Haaqa Daimi Arbitaj Məhkəməsinə Ermənistana qarşı 2 dövlətlərarası arbitaj iddiası təqdim edib.

Bu barədə beynəlxalq arbitaj üzrə erməni ekspert Sərkis Qriqoryan deyib.

Onun sözlərinə görə, Azərbaycanın təqdim etdiyi işlər çərçivəsində artıq arbitaj məhkəmələri təyin edilib.

“Artıq iki iş üzrə ilk məhkəmə iclası keçirilib. Hazırda sübutlar, şahid ifadələri, ekspert rəyləri və s. daxil olmaqla hər iki iş üzrə proses davam etdirilir”, – o deyib. Əlavə edib ki, iddiaların məxfiliyi hələ açılmayıb.

Ermənistan və Azərbaycan tərəfi də məsələ ilə bağlı açıqlama verməyib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də “890 adam edam edildi. İnsanlar ölüm növbəsini gözləyir!” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Molla rejimindən daha bir irqçi addım; İran Aviasiya Təşkilatı türkcədən istifadəni qadağan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi daha bir irqçi addımla türk …