Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Haaqa Daimi Arbitaj Məhkəməsinə Ermənistana qarşı 2 dövlətlərarası arbitaj iddiası təqdim edib.

Bu barədə beynəlxalq arbitaj üzrə erməni ekspert Sərkis Qriqoryan deyib.

Onun sözlərinə görə, Azərbaycanın təqdim etdiyi işlər çərçivəsində artıq arbitaj məhkəmələri təyin edilib.

“Artıq iki iş üzrə ilk məhkəmə iclası keçirilib. Hazırda sübutlar, şahid ifadələri, ekspert rəyləri və s. daxil olmaqla hər iki iş üzrə proses davam etdirilir”, – o deyib. Əlavə edib ki, iddiaların məxfiliyi hələ açılmayıb.

Ermənistan və Azərbaycan tərəfi də məsələ ilə bağlı açıqlama verməyib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …