Azərbaycan milli hərəkat fəalı Hüseyn Amani-Nadarlı, Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

GADTB: Cənubi Azərbaycanda milli hərəkat fəalı olan Hüseyn Amani-Nadarlı haqqında məlumat yayan yaxınları bildiriblər ki, o, 12 azər 1404- iş yerində saxlanıldıqdan sonra bu gün 10 dekabr 2025 Təbriz Mərkəzi Həbsxanasına keçirilib.

Amani-Nadarlının ailəsi son günlər ərzində dəfələrlə Təbriz və Şəbəstar şəhərlərinin ümumi və inqilab prokurorluqlarına müraciət etsələr də, onun saxlanma yeri və həbs səbəbi barədə heç bir məlumat ala bilməyiblər. Məsul məhkəmə və prokurorluq əməkdaşları isə ailənin sorğularına cavab olaraq məlumatlarının olmadığını bildiriblər.

Xəbər yayımlandığı ana qədər fəalın hansı səbəbdən tutulduğu barədə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Hüseyn Amani-Nadarlı bundan əvvəl, 12 Mehr 1404-də adətən təhlükəsizlik qurumları ilə əlaqələndirilən özəl nömrədən edilən zəng və SMS vasitəsilə Şəbəstar Rayon Polis İdarəsinin İnformasiya Bölməsinə çağırılmışdı. O, həmin bildirişi ictimailəşdirərək “işin araşdırılması və sənədlərin tamamlanması” məqsədilə çağırıldığını açıqlamışdı.

Amani-Nadarlı son illər bir neçə dəfə polisə çağırılma, həbs və məhkumluq təcrübəsi yaşayıb. O, son dəfə 16 Tir 1403-də ona qarşı irəli sürülən ittihamlarla bağlı Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etmişdi. Həmçinin 28 Ordibeheşt 1402-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmış və bir ay sonra məhkəmə prosesi başa çatanadək müvəqqəti olaraq zəmanət qarşılığında sərbəst buraxılmışdı.

Həmçinin yoxlayın

Tramp: İran danışmaq istəsə, sadəcə zəng etməlidir

GADTB: Onların rəhbərliyi daxilində böyük daxili çəkişmələr və qarışıqlıq var. Onlar da daxil olmaqla, heç …

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …