GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının öndə gedən simalarından biri, “Azərbaycan Mədəniyyət Ocağı”nın əsas qurucularından biri olan Hacı Mahmud Ağa Rəngrəzzadə dünyasını dəyişib.
Azərbaycan Milli Hərəkatının mühüm və nüfuzlu simalarından biri olan mərhum Rəngrəzzadə professor Zehtabi, Həsən Dəmirçi, Xalitabadi kimi böyük insanlarla dostluq etmiş və yaxın münasibətdə olmuşdur. O, həyatını xalqın hüquqları uğrunda mübarizəyə həsr etmişdir.