Çərşənbə , Mart 26 2025
azfa

Azərbaycan ordusu Murovun zirvəsini tam azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.

Döyüş əməliyyatları davam edir.

Həmçinin yoxlayın

Avropa Birliyi İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas …

Molla rejimi zorla azərbaycanlı körpə “Sevda”ya “Sudi” adın doğum haqqında şəhadətnamə veriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Zəngandakı Vətəndaş Vəziyyıtlərinin Qeydiyyatı İdarəsinin …

Bir cavab yazın