Cümə , Aprel 26 2024
azfa

Azərbaycan türk xalqının mənşəyi problemi

GADTB: Azərbaycan xalqının mənşəyi problemi əsrimizin 30-cu illərinin zillətli qeyri-milli siyasətilə yanlış bir istiqamətə yönəldildi. Aydındır ki, Azərbaycan xalqı deyiləndə, onunçoxsaylı türk dilində danışan əhalisi nəzərdə tutulurdu.

Həmin dövrün ortalarında bu xalqın mənşəyi problemi heçə endirildi,《türk》 və 《türk dili》sözləri 《azərbaycanlı》və 《Azərbaycan dili》sözləri ilə əvəz edildi. Azərbaycan türk xalqı və dili yer adını təmsil edən ümumi məfhum içində əridildi. Azərbaycan xalqının yetkinləş məsi gedişində türk etnoslarının iştirakı  tədqiqat obyekti kimi sönükləşdi, adda-budda eşidilən səslər isə siyasi yollarla kəsildi. Midiyalılar Azərbaycan xalqının əcdadları kimi qələmə erilməyə başlandı.

30-cu illərdə xarici elmi ədəbiyyatda midiyalıların mənşəyi barədə iki fikir mövcud idi. Bir fikrə görə onlar İran (fars) dillərinin birində, digər fikrə görə yerli qədim dillərin birində,yaxud elam dilinə yaxın bir dildə danışırdılar.Sovet vəAzərbaycan elmində ikinci müddəa üstünlük təşkil edirdi. Lakin 60-cı illərdə bu müddəanı birinci fikir, yəni midiyalıların irandilli olması fikri üstələdi. Azərbaycan xalqının mənşəyi problemi dolaşdırıldı, tədricən iran dilli etnoslar onun mənşəyində iştirak edən əsas etnik komponent kimi təbliğ edilməyə başlandı. Bu yalnış və subyektiv mülahizəni diletant tərəfdarları (müstəqil tədqiqat işi aparmayan tərəfdarları) çoxaldı.Nəticədə hələ 20-ci illərdə İran, sonra Sovet tarixşünaslığında meydana gelmiş türk etnoslarının Azərbaycana XI-XII əsrlərdən etibarən gəlməsi ideyası yenidən baş qaldırdı. Bu əsassız ideyanı əbədiləşdirmək istəyən qüvvələr müəyyən siyasi məksəd güdürdülər: guya Azərbaycan türkləri bu əraziyə gəlmədilər.

Bu minvalla Azərbaycanın şimal hissəsi qədimdə Dağıstan dili(ləzgi, udi-udin dilli) əhalinin məskəni olması və sonralar onların türkləşməyə məruz qalması ideyası tədricən ortaya atıldı. Köhnə fikirlər heç bir tədqiqat işi aparılmadan yenidən canlandırıldı. Eyni zamanda 60-cı illərdə türk etnoslarının Azərbaycanda XI-XII əsirlərdən əvvəl yaşamaları barədə ilk tədqiqatlar aparılmağa başlandı. Yeni tədqiqat istiqamətləri meydana gəldi. 70-ci illərdə erken orta əsr qədim erməni qaynaqlarında türk mənşəli sözlərin, şəxs və yer adlarının ayırd edilməsi sahəsində

mühüm iş görüldü. Sübut olundu ki, erkən orta əsrlərdə Azərbaycan ərazisində müxtəlif etnik ad altında türk etnosları yaşayırdı, oğuz dilləri əsasında Azərbaycan türk dili yetkinləşirdi və ünsiyyət vasitəsinə çevrildi. 80-ci illərdə bu istiqamətdə tədqiqatlar davam etdirildi. Bu dövürdə yeni bir istiqamətdə araşdırmalar aparılmağa başlandı.

E.ə. III- I minilliklərə aid mixi, yaxud mis mari yazılarda türk mənşəli sözlər, şəxs və yer adlarının müəyyənləşdirilməsi sahəsində ilk elmi addımlar atılmağa başlandı. Məlum oldu ki, türk etnosları ta qədim dövrlərdən bu ərazinin sakinləri idilər və hələ ən qədim dövrlərdə geniş bir ərazidə türk etnoslarının yerdəyişmələri baş verirdi. Deməli, türk etnosları Azərbaycana gəlmə deyil, onun ən qədim sakinləri olmuşlar. Son zamanlar Azərbaycan dilçiləri də tarixi həqiqətlərin üzə çıxarılması üçün xeyli iş görərək elmi araşdırmaların əldə etdiyi leksikanı dilçilik baxımından qiymətləndirdilər. Lakin alimlərimiz, xüsusilə tarixçi alimlərimiz xeyli maneələrə,çətinliklərə, təzyiq və hədə-qorxuya, siyasi damğalara məruz qalırdılar. Köhnə konsepsiya tərəfdarları onların haqqında bədnam fikirlər yaradır, yeni istiqamətdə aparılan elmi tədqiqat materiallarının çap etmirdilər.

Beləliklə, türk etnoslarının tarixinin qədimləşdirilməsinə böyük sədd çəkilirdi. 80-ci illərdə mətbuat səhifələrində, Azərbaycan xalqlarının etnik tarixinədair müxtəlif səpkili, bəzən diletant xüsüsiyyətli məqalələr çap edilmiş, bu məqsədlə xüsusi kitablar buraxılmışdır. Qədim və erkən orta əsr tarixinə bələd olmayan belə adamlar mövcud nailiyyətləri öz adına çixmış, köhnə, sübut olunmamış konsepsiyalara üstünlük vermiş, yeni istiqamətli tədqiqatları inkar edərək xalqın etnik tarixini daha da dolaşığa salmışlar.

Lakin son zamanlar çapdan çıxmış və çapı gözlənilən elmi əsərlər arasında öz sanballığı və elmi istiqamətilə fərqlənənləri az deyildir. Belə əsər müəlliflərindən biri də Qiyasəddin Qeybullayevdir. Oxuculara təqdim etdiyimiz bu kitabın müəllifi tarix- etnoqrafiya və toponimika sahəsində çoxlu elmi məqalələri və dörd sanballı monoqrafiyası ilə elmi ictimaiyyətə və geniş oxucu auditoriyasına yaxşı tanış olan alimlərdən biridir. Eradan əvvəl, daha qədim dövrlərdə Azərbaycanda türk etnoslarının yaşaması ideyasından və alınmış elmi nətıcələrdən çıxış edən müəllif gərgin toponimik axtarışlar və araşdırmalar nəticəsində tamamilə yeni faktlar müəyyənləşdirmiş və bu səpkidə Azərbaycan xalqının etnik tarinin düzgün işıqlandırılmasına önəmli dəlillər vermişdir. Onun toponimik tədqiqatları bir daha sübut edir ki, A zərbaycan türkləri bu ölkənin qədim sakinləri olmuş və öz doğma yurdlarında dillərinə uyğun yer adları yaratmışlar.

Məlumdur ki, bu və ya digər xalqın etnik tarixi barədə məlumat yazılı məxəzlərdən əldə edilir. Əgər yazılı qaynaqlarda kifayət qədər məlumat qalmamışdırsa, onda müxtəlif dövr yazılarında əks olunmuş yer(toponimlət) və şəxs(antroponimlər) adları başlıca məxəz yerini tutur. Qədim və orta əsr yer və şəxs adlarının dil mənsubiyyətinin müəyyənləşdirilməsi mürəkkəb bir elmi prosesdir. Hər bir adın bu və ya digər dilə, yaxud onun leksikasına oxşadılması əlavə dəlillərlə əsaslandırılmalıdır. Çox təəssüf ki, qədim adların, xüsusilə mixi yazılarda əks olunmuş adların İran dilləri əasında izahı çox hallarda təsadüfi oxşarlığa əsaslanmışdı. Son zamanlar və ilk dəfə mixi yazı adları türk dilləri əsasında izah olunmağa başlanmışdır. Q.Qeybullayevin əsəri bu sahədə atılan addımların davamı kimi qiymətləndirilsə belə, bir çox yeni toponimik və onomastik vahidlərin elmi təhlilini özundə əks etdirir. Kitabdakı bir çox qədim(mixi yazı və s.) yer və şəxs adlarının toponimiya elmi baxımından təhlili ilk dəfə Q.Qeybullayev tərəfindən verilmişdir. Adlar türk dilləri əsasında nəinki mənalandırılır, eyni zamanda onların türk aləmindəki müqabilləri müəyyənləşdirilir. Bu da, adın etimologiyasına əlavə dəlil kimi böyük bir zəhmətin hasilidir.

Zəhmətkeş alim Qiyasəddin Qeybullayevin çapa təqdim olunmuş əsərində yer və şəxs adlarının əksəriyyətinin elmi təhlili biliyimizin indiki səviyyəsində qəbul edilə bilər. Toponimlərin bə tarixi şəxs adlarının elmi təhlili işində müəllif müsbət səriştə əldə etmiş və bu sahədə böyük iş görmüşdür. Əsər oxucular üçün çox qiymətli bir hədiyyədir. Bu kitabdan Azərbaycan xalqının etnik tarixi ilə maraqlanan şagird və tələbələr, müəllimlər, geniş oxucu kütləsi faydalana bilərlər.

Yusif Yusifov,

Tarix elmləri Doktoru

və Professor.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …