Cümə , Sentyabr 25 2026
azfa

“Le Figaro”: Türkiyə PUA-ları Qarabağda özünü uğurla sübut etdi

Türkiyə 10 il ərzində ABŞ, İsrail və Çinlə birlikdə dünyanın aparıcı pilotsuz uçuş aparatları (PUA) istehsalçılarından birinə çevrilib.

Bu barədə Fransanın “Le Figaro” qəzeti yazıb.

Nəşr qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya və Qarabağda özünü uğurla sübut edən pilotsuz təyyarələrin satışı üzrə müqavilələrin sayını artırıb.

“Son iki ildə Türkiyədə istehsal olunan pilotsuz təyyarələr Liviyada, yaxın keçmişdə isə Qarabağda qüvvələr balansını dəyişməyə imkan verib. Azərbaycan, Ukrayna, Polşa və Mərakeşdən sonra Türkiyənin PUA-ları da Qırğızıstanda maraqlıdır. Türkiyədə istehsal olunan pilotsuz təyyarələr səmərəlidir və hərbi təyyarələrdən 20 dəfə ucuzdur”, – qəzetdə vurğulanıb.

Məlumatda deyilir ki, ilkin olaraq bu dronlardan PKK terror təşkilatına qarşı və sərhəd təhlükəsizliyini təmin etmək üçün istifadə edilib.

“NATO Polşa və Latviyanın türk PUA-larını almaq istəyindən ehtiyatlanır”, – nəşrdə bildirilir.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …