Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycan Türkiyədən yeni hərbi təlim təyyarəsi aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Türkiyədən yeni hərbi təlim təyyarəsi alıb.

“Hürkuş” tipli təyyarə hərbi təlim üçün nəzərdə tutulub.

Dekabrın 3-də Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı təyyarəyə baxış keçiriblər.

Azərbaycanlı və türkiyəli pilotlar təyyarənin üzərində iki ölkənin bayrağını dalğalandırıblar.

Diplomat tviter səhifəsində təyyarə ilə bağlı paylaşım edib.

“Bu gün Azərbaycanda “Hurkuş” uçurduq”, – C.Bağçı bildirib.

Həmçinin yoxlayın

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

İrqçi fars rejimin Xəzərin türk adını dəyişmək üçün yeni cəhdi

GADTB: İran İslam Respublikasının Mədəni İrs, Turizm və Sənətkarlıq naziri Seyid Rza Salehi-Əmiri “Xəzər” adının …