Azərbaycan və Türkiyənin balaban/ney musiqi aləti UNESKO siyahısına daxil edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 4-9 noyabr tarixlərində Botsvananın Kasane şəhərində keçirilən UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Azərbaycan Mədəniyyət Nazirliyinin məlumatına görə, Reprezentativ Siyahıya təqdim edilmiş nominasiyalar arasında Azərbaycanın Türkiyə ilə birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” habelə ölkəmizin iştirakı ilə hazırlanan “Təzhib sənəti”(Azərbaycan, İran, Tacikistan, Türkiyə və Özbəkistan), “İftar və onunla bağlı sosial-mədəni ənənələr” ( Azərbaycan, İran, Türkiyə və Özbəkistan) və “Sədəf sənətkarlığı”( Azərbaycan və Türkiyə) çoxmillətli faylları var.

UNESKO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün meyarlara dair müsbət rəy alan nominasiya fayllarına dair qərar 6 dekabrda elan edilib.

Sessiyada çıxış edən ölkəmizin UNESKO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev Azərbaycan Respublikası adından UNESKO Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə xalqımızın mədəni dəyər nümunələrini dəstəklədiklərinə görə təşəkkür edib. Daimi nümayəndə eyni zamanda faylların hazərlanmasında iştirak edən ölkələrə də öz minnətdarlığını bildirib.

Qeyd edək ki, adıçəkilən nominasiya faylları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının UNESKO yanında Daimi Nümayəndəliyi və UNESKO üzrə AR Milli Komissiyası eləcə də qeyd olunan xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıqda ərsəyə gətirilib. Bununla da UNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında yer alan elementlərimizin sayı 23-ə çatıb.

Həmçinin yoxlayın

Molla rejimin raket yanacağında baş verən partlayışlar davam edir

GADTB: İrqçi fars-molla rejimin Rəcai limanında raket yanacağında baş verən partlayışlar və yanğın davam edir. …

Molla rejimin Təbrizdə həbs etdiyi Kərim İsmailzadənin sağlıq durumu pisləşib

GADTAB: Azərbaycanlı siyasi fəal Kərim İsmailzadə xəstəliyinə və ağır mədə xorasına baxmayaraq, iki aydan çoxdur …