Cümə axşamı , May 7 2026
azfa

Azərbaycan yeni növ qırıcı təyyarələr alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan nəhayət Pakistan-Çin birgə istehsalı olan JF-17 (Block III) qırıcı-bombardmançılarını almağa qərar verib və tezliklə bu təyyarələrin ilk partiyası Hərbi Hava Qüvvələrinin sərəncamına veriləcək. Bu məlumat Pakistanın Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Mücahid Əhməd Xanın ötən həftə Bakıda apardığı danışıqlardan sonra bəzi yerli və Rusiya mənbələrində yayılıb. Həmin danışıqlarda o cümlədən Pakistanda Azərbaycan HHQ üçün pilotların hazırlanması müzakirə edilmişdi.

Azərbaycanın JF-17 qırıcılarına maraq göstərdiyi, onları almaq üçün danışıqlar apardığı illər əvvəldən məlum idi. Lakin bəzi məlumatlara görə, həmin təyyarələrin göstəriciləri Azərbaycanı o qədər də qane etmədiyi üçün müəyyən tərəddüdlər olub. Hərçənd daha sonra qırıcıların modernizə edilmiş ən yeni versiyasının (Block III variantı) alınması barədə anlaşma əldə edilib.

Bildirilir ki, Pakistan Azərbaycana yaxın 10 ildə 21 ədəd JF-17 qırıcısı təchiz edəcək. Onların ilk partiyası bu ilin birinci yarısında çatdırılacaq. Azərbaycanın qırıcıların dəyərini neft və neft məhsulları ilə ödəməsi planlaşdırılır. Modernizə ediləndən sonra qırıcıların göstəriciləri Azərbaycanı qane edir və onlar eyni sinifdən olan digər qırıcı-bombardmançılardan geri qalmır. JF-17 qırıcılarının alınması Azərbaycanın Hərbi Hava Qüvvələrinin döyüş imkanlarını xeyli genişləndirəcək.

Həmçinin yoxlayın

İran yaxın həftələrdə neft saxlama imkanlarını itirə bilər

GADTB: İran Neft Nazirliyinin bir rəsmisi “The New York Times” qəzetinə bildirib ki, ölkə qarşıdakı …

Tramp: Papanın razı olub-olmamasından asılı olmayaraq, İran rejiminin nüvə silahına sahib olmaq haqqı yoxdur

GADTB: ABŞ prezidenti Donald Trump jurnalistin Roma Papası ilə bağlı sualını cavablandırarkən İranın nüvə silahı …