Cümə axşamı , Sentyabr 19 2024
azfa

Azərbaycandan Avropaya Yaşıl Enerji Dəhlizinin yaradılması çərçivəsində müqavilə imzalanıb

GADTB: Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Yaşıl Enerji Dəhlizinin yaradılması üzrə nazirlərin/Rəhbər Komitənin Buxarest görüşü dördtərəfli Sazişin icrası və Azərbaycanın Avropanın yaşıl enerji təchizatçısına çevrilməsi istiqamətində mühüm nəticələrlə yekunlaşıb.

Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

“Səhmdarlar Müqaviləsinin imzalanması ilə Buxarestdə Birgə Müəssisənin təsis edilməsinə nail olduq. Layihənin TİƏ-nin həyata keçirilməsinə məsul qurum kimi BM-Yaşıl Enerji Dəhlizi Enerji Şirkətinə liderliyin rotasiyaya əsaslanmasını, növbəti görüşədək Fəaliyyət Planının hazırlanmasını və proseslərin sürətləndirilməsini razılaşdırdıq. Həmçinin Fiber Optik Kabel Xətti ilə bağlı tapşırıqların, Bolqarıstanın inteqrasiyası üzrə məsələlərin TİƏ-yə daxil edilməsi barədə razılığa gəldik. COP29 İqlim Liderlərinin Sammiti zamanı Layihəyə həsr olunmuş yüksək səviyyəli tədbirə dəstək ifadə olundu”, – paylaşımda qeyd olunur.

Həmçinin yoxlayın

Yazda su həcmi artan Urmiya gölü yenidən qurudu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yaz yağışları və bəndlərdən az miqdara illik su …

Livanda bu gün isə rabitə qurğularında partlayışlar oldu, çox sayda ölü və yaralı var

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən peycerlərin partlamasından sonra Livanda bu gün də …