Cümə axşamı , Oktyabr 15 2026
azfa

Rus alim rusların dahilərinin əksərinin türk olduğuna etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rusiyalı tarixçi, ictimai xadim Dmitri Çernışevski (Savromat) Yutub kanalında çıxışında deyib ki, Rusiyanın bütün aristokratiyası türkdür.

“Rus çarı İvan Qroznının atası III Vasilinin ilk arvadı Solomoniya Saburova, Yelena Qlinskaya, İrina Qodunova, Marfa Praksina – hamısı türk əsillidirlər. Aleksey Mixayloviç Romanovun arvadı, I Pyotrun anası Narışkina da Böyük Çöldəndir, tatar qızıdır. Daha sonra, tanınmış rus boyar knyazları soyadları – Qarşin, Tatarin, Rastopçinlər, Qalitsınlər, Karamzin tatardır. Böyük rus alimi Mendeleyev tatar qarışığı olan yəhudidir. “Mendel” yəhudi soyadıdır, orada rus kökləri yoxdur, yalnız Böyük Çöl var”, – Çernışevski bildirib.

Rusiyalı tarixçi məşhur rus alimlərin də köklərinin türk olduğunu bildirib:

“Meçnikov, Pavlov, Miçurin, Timiryazev… Bilirsiniz “Timiryazev” sözünün mənası nədir? Onun ulu babası Timir Qaciyev olub, Böyük Çöldən. Qoqol da ukraynalı olsa da, kazak tatarlarındandır. Dostayevski, Turgenyev, Derjavin, Qorki, Peşkov – hamısı Böyük Çöldəndir. Aleksandr Kuprin Tatar xanının nəslindəndir. Əlvida rus ədəbiyyatı. Tolstoyların da kökləri Böyük Çölə gedib çıxır”.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …