Cümə , Sentyabr 18 2026
azfa

Türkiyə dünyanın ən böyük PUA-SPUA təchizatçısıdır

GADTB: Türkiyə son illərdəki uğurlu performansı ilə dünyanın ən böyük PUA-SPUA (Pilotsuz Uçuş Aparatı-Silahlı Pilotsuz Uçuş Aparatı) təchizatçısı oldu.

ABŞ mərkəzli Yeni Amerika Təhlükəsizlik Mərkəzi (CNAS) hərbi SPUA-PUA-ların qlobal bazarını araşdıran bir hesabat yayımladı.

Moli Kempıl (Molly Campbell) tərəfindən hazırlanan hesabatda bildirilir ki, Çin, Türkiyə və İranın aşağı maliyyətli hərbi dronlar inkişaf etdirməsindən sonra İsrail və ABŞ-ın dron bazarındakı hakimiyyəti sona çatıb.

2018-ci ildən bəri Çin, Türkiyə və ABŞ ümumilikdə 40 fərqli ölkəyə 69 silahlı hərbi PUA satışı həyata keçirib.

Bu satışların 65 faizini Türkiyə reallaşdırarkən, Çin 26 faiz, ABŞ isə yalnız 8 faiz satış edə bilib.

2022-ci ildə 6 yeni ölkə PUA-SPUA tədarük edib və onların hamısı Baykar tərəfindən istehsal edilən “Bayraktar TB2”lər olub.

Çinin hərbi dron satışları 2014-cü ildə zirvəyə çatdığı halda 2021-ci ilə gəldikdə Türkiyə Çini ötərək dünyanın ən böyük təchizatçısına çevrilib.

Hesabata görə, Liviyada, Dağlıq Qarabağda və Ukraynada döyüş meydanlarında əldə edilən performans və bu uğurların mətbuatda əks-səda olunması Türkiyə hərbi dronlarını zirvəyə daşıyıb.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …