Bazar , Oktyabr 25 2026
azfa

Azərbaycanın “Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycanın “Azerspace-2” peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

“Azerspace-2” peyki orbitə “Arianespace” şirkətinə məxsus “Ariane-5″ daşıyıcı raketi ilə göndərilib. Bu, “Ariane-5″ raket daşıyıcısı üçün yubiley – 100-cü buraxılış olub. Onun göyərtəsində iki telekommunikasiya peyki – “Azerspace-2” və “Horizons 3e” var. İkincisi Yaponiyaya məxsusdur.

“Azerspace-2” peyki 45° şərq uzunluğu orbital mövqeyində yerləşəcək və Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək.

Həmçinin yoxlayın

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məcburi etiraf və SEPAH-ın kameraları qarşısında çıxış etmək üçün təzyiqlərə məruz qalır

GADTB: Sina Yusifinin yazdığına görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məktubunda özünə və …

Bir cavab yazın