Çərşənbə , Yanvar 8 2025
azfa

Azərbaycanlı ekoloq Urmiya gölünün qurumasının səbəblərini açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan əyalətinin Kənd Təsərrüfatı və Təbii Sərvətlərin Tədqiqat və Təhsil Mərkəzinin elmi heyətinin üzvü Əhməd Bayburdi Türkiyənin “Anadolu” xəbər agentliyinə müsahibəsində deyib ki, müxtəlif amillər nəticəsində Urmiya gölünün quruması prosesi 90-cı illərdən başlayıb və gölün qurumasında 70% insan amili, 30% isə iqlim və təbii amillərin rolu olub.

Bayburdi üzüm bağlarının alma bağına çevrilməsi, gölün ətrafında çox sayda quyuların qazılması, gölü qidalandıran çayların üzərində bəndlərin tikilməsi, gölün ortasında keçidin inşasını Urmiya gölünün qurumasına təsir edən əsas amillər adlandırıb.

O, həmçinin digər tərəfdən gölün suyunun buxarlanma sürətinin yüksək olduğuna da diqqət çəkib və buna əsas səbəb kimi gölün ortasından salınan yolu göstərib.

“Buxarlanmanın qarşısını ala bilməsək, su axını artsa belə, Urmiya gölü bərpa olunmayacaq”,- ekoloq vurğulayıb.

Qeyd edək ki, yanvarın 2-ə olan məlumata görə, göldə ekoloji problem davam edir və son mövsimi yağışlara baxmayaraq, hazırda Urmiya gölündə olan su həcmi 1 milyard 240 milyon kubmetrdir.

Bununla yanaşı göldə suyun səviyyəsinin 1270,13, gölün sahəsinin isə 930 kvadrat kilometr olduğu bildirilib.

https://t.me/GADTB1/39655

Həmçinin yoxlayın

İran Suriyadan çıxacaq kürd terrorçuları İranqda türkmənlərin yerinə yerləşdirəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, PKK terror təşkilatı Suriyadan çıxaracağı Qəndil heyətini İraqdakı …

Molla rejimi Xələc türkü olan ailənin övladına “Atakan” adına doğum şəhadətnaməsi verməkdən imtina edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Qəzvin şəhərində Xələc …