Çərşənbə , Yanvar 29 2025
azfa

Azərbaycanlı fəal Əlirza Fərşinin ailəsi fəalın ittihamının məlum olmadığını deyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşinin ailəsi fəalın həbs edilməs səbəbi və ittihamının bilinmədiyini deyir.

Ailə bildirib ki, Əlirza Fərşi həbs edildikdən sonra ailəsi və dostları ilə heç əlaqə saxlamayıb. Eyni zamanda təhlükəsizlik qüvvələri və məhkəmə məsulları onun həbsi və ittihamının səbəbləri barədə məlumat verməyiblər.

Fəalın yaxınları onun ittihamları barədə yayılan iddiaları yalanlayıb, bu şayiələrin təhlükəsizlik qüvvələri tərəfindən yaydığını təxmin etdiklərini bildiriblər.

Məlumata görə, Fərşi yanvarın 8-də həbs edildikdən sonra təhlükəsizlik qüvvələri onun Tehrandakı iqamətgahına baş çəkib, kitablarını və şəxsi əşyalarını ələ keçiriblər.

Həmçinin yoxlayın

Urmiyaya yeni bələdiyyə başçısı seçildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, mühacir kürdlərin göz tikdiyi Güney Azərbaycanın Urmiya şəhərinə …

Prezident İlham Əliyev: Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır!

Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib ki, həm beynəlxalq müstəvidə, həm Ermənistanla …

Bir cavab yazın