
GADTB: Salmasda yerləşən molla rejimin ETTELAAT İdarəsinin bilavasitə göstərişi ilə azərbaycanlı fəal Həmid Abbasi barədə ağır həbs qərarı qüvvədə saxlanılıb.
Qərbi Azərbaycan Apellyasiya Məhkəməsi azərbaycanlı fəal Həmid Abbasiyə verilən 9 il 9 ay 5 günlük həbs cəzasını, hüquqi prosedura riayət etmədən qüvvədə saxlayıb.
Cinayət Prosessual Məcəlləsinin 455-ci maddəsinin “A” bəndinə istinad edilərək, müdafiə qanunu layihəsinə baxılmadan və açıq məhkəmə iclası keçirilmədən müdafiə tərəfinin etirazı rədd edilib.
Qeyd edək ki, azərbaycanlı fəalın həbsindən sonra dindirilmə, ittihamların izahı, ittiham aktının verilməsi, hökmün çıxarılmasının bütün mərhələləri təhlükəsizlik qurumlarının, xüsusilə Salmasda rejimin ETTELAAT İdarəsinin təsiri və rəhbərliyi altında həyata keçirilib və əsas məqsəd Abbasinin Azərbaycan xalqının milli və insan haqlarının müdafiəsi istiqamətində apardığı dinc fəaliyyətini yatırtmaq olub.
Eyni zamanda ETTELAAT məmurlarının keçirdiyi reyd zamanı onun şəxsi əşyaları qanuni protokol olmadan və cavabdehin imzası olmadan müsadirə edilib.
Burada işdəki bütün sənədlər, sübutlar və ziddiyyətlər, o cümlədən insan haqlarının geniş şəkildə pozulması və ETTELAAT orqanlarının açıq-aşkar müdaxiləsi rəsmi araşdırma üçün BMT-nin İran üzrə faktların araşdırılması komitəsinə göndərilib.