GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin ana dili ilə bağlı həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Həmid Manafi Nadarlı girov qarşılığında məzuniyyətə buraxılıb.
Tehranda yaşayan azərbaycanlı siyasi məhbus mart 16-da axşam saatlarında Evin zindanından 19 günlüyünə məzuniyyətə buraxılıb.
Qeyd edək ki, 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün Behnam Şeyxi, Həmid Mənafi, Əkbər Azad və Əlirza Fərşi yaxalanmışdılar.
Fəallara rejimin Baharistandakı İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün qərarı çıxarılmışdır.
Son olaraq Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi heç bir günahı olmayan həmin fəalların hər birini 2 il həbs və 2 il sürgün cəzasına məhkum etmişdir.