Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Azərbaycanlı fəal Höccət İsmətzadə məhkəməyə çağırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin məhkəməsi Sulduzdan olan azərbaycanlı fəal Höccət İsmətzadəni məhkəmə çağırıb.

Bununla bağlı azərbaycanalı fəala rejimin Məhkəməsindən elektron bildiriş göndərilib. Bildirişdə azərbaycanlı fəal Höccət İsmətzadədən 29 iyun saat 12:00-da Sulduz şəhərində yerləşən İkinci Cinayət Məhkəməsinin 101-ci şöbəsində olması istənilib.

Məhkəmə bildirişində fəalın “Xəbərləri təhrif etmək, yalan məlumatlar, şəkil və görüntülər yaymaqla məqsədli şəkildə ictimai asayişi pozmaq”da ittiham olunduğu yazılıb.

Qeyd edək ki, bu yaxınlarda irqçi fars rejimin məhkəməsi azərbaycanlı milli-mədəni fəal Höccət İsmətzadəni 2 il 6 ay həbs və 50 şallaq cəzasına məhkum etmişdi.

Rejimin məhkəməsi azərbaycanlı fəalı Saxsıtəpə hadisələri barədə ifşaedici video yaydığı üçün cəzalandırmışdı. 

Rejimin məhkəməsi fəalı yaxalayarkən şərləyərək ilkin olaraq “Qanunsuz qruplara üzv olmaq” da ittiham etmişdi.

İran rejiminin məmuları Güney Azərbaycannın Sulduz şəhərində yaşayan azərbaycanlı fəal Höccət İsmətzadəni noyabrın 24-də ETTELAAT İdarəsinə çağıraraq, orada həbs etmişdilər.

Höccət İsmətzadə daha öncə də mədəni fəaliyyətinə görə dəfələrlə çağırılaraq dindirilmişdi. Azərbaycanlı fəal bu il sentyabrın 4-də Sulduzun Saxsıtəpə kəndində baş verən hadisələrə görə rejimin məmurları tərəfindən tutulub, sentyabrın 5-də axşam saatlarında müvəqqəti zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …

İranın Kəşfiyyat Nazirliyi Qəzvində dekabr etirazları ilə əlaqədar 39 nəfərin saxlanıldığını açıqlayıb

GADTB: Molla rejimin Kəşfiyyat Nazirliyi 1404-cü ilin dekabr ayında baş vermiş etirazlarla əlaqədar Qəzvin vilayətində …