Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycanlı fəalın qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəal Yürüş Mehrəlibəyli müəyyən vəziyyətdə həbsi davam edir.

Yürüş Mehrəlibəyli iki aya yaxındır ki, Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır və onun vəziyyəti ilə bağlı ailəsinə heç bir məlumat verilmir. Bu isə onun ailəsi və yaxınlarının ciddi narahatlığına səbəb olub.

Tanınmış azərbaycanlı fəalın ETTELAAT İdarəsinin təzyiqi altında ailəsi və vəkillə görüşməkdən məhrum edilib.

Azərbaycanlı fəalın həbsinin səbəbləri və barəsində irəli sürülən ittihamlar hələlik açıqlanmayıb.

Bir müddət öncə Yürüş Mehrəlinin oğlu atasının həbsi və ailəsinin çəkdiyi əziyyətlərlə bağlı Azərbaycan xalqına müraciət edərək, yardım istəyib və bununla bağlı video paylaşmışdı.

Qeyd edək ki, Yürüş Mehrəlibəyli noyabrın 7-də Culfa şəhərində rejimin ETTELAAT qüvvələri tərəfindən tutularaq Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …