Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Azərbaycanlı fəallar Əkbər Əsgərzadə və Firuz Moini zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Ərdəbildə həbs etdiyi azərbaycanlı milli fəallar Əkbər Əsgərzadə və Firuz Moini Ərdəbildəki rejimin zindanından girov qarşılığında müvəqqəti sərbəst buraxılıb.

Azərbaycanlı fəallar noyabrın 3-də 100 və 200 milyon tümən girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıblar.

Rejimin Ərdəbildəki Ümumi və İnqilab Məhkəməsinin 7-ci şöbəsinin hakimi Kamyar Səlim fəallara qarşı “hökumət əleyhinə təbliat” ittihamı irəli sürüb.

Qeyd edək ki, azərbaycanlı Firuz Moini oktyabrın 5-də, Əsgər Əkbərzadə isə sentyabrın 22-də özlərinin iş yerlərində rejimin ETTELAAT məmurları tərəfindən yaxalanmışdılar.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …