Cümə axşamı , Oktyabr 22 2026
azfa

Azərbaycanlı fəallar Ərdəbildə ana dilində təhsil tələbilə banner quraşdırdılar-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, martın 28-də azərbaycanlı milli-mədəni fəallar üzərində “Hanı mənim ana dilim” şüarı yazılmış banner asıblar.

Həmin bannerin asılması həmçinin İran televiziyasında Azərbaycan rəqsinə qarşı senzura tətbiq edilməsinə etiraz kimi dəyərləndirilir.

Belə ki, bir qrup azərbaycanlı milli-mədəni fəal martın 28-də Ərdəbil şəhərində İran televiziyasında Azərbaycan rəqsi və dilinə qarşı tətbiq edilən senzuraya etiraz olaraq türk dilinin rəsmi dil olması tələbilə həmin baneri şəhərin küçələrindən asıblar. Azərbaycanlı fəalların Ərdəbilin mərkəzi küçələrindən birinin yerüstü piyada keçidindən asdığı banerdə “Hanı mənim ana dilim” şüarı yazılıb.

Həmçinin bir qrup azərbaycanlı fəal Ərdəbildə uşaqlara türk dilində kitablar paylayıblar.

Bundan öncə isə azərbaycanlı milli-mədəni fəallar üzərində “Türk dili rəsmi olsun” şüarı yazılmış banner asmışdılar.

Qeyd edək ki, martin 20-də İran televiziyasının 3-cu kanalı “Azərbaycan rəqsinin yeni dövrü” adlı Novruz proqramında Azərbaycan rəqsi və müsiqisinə ayrıseçkilik nümayiş etdirərək, senzura tətbiq edib. Həmin televiziya telekanalın bu qərəzli addımı azərbaycanlı müğənni Ayhan və “Alyan” rəqs ansamblının kəskin etirazlarına səbəb olub.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …