GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar Ərdəbildə azərbaycanlı siyasi məhbusların, o cümlədən Əmir Səttari və Abbas Lisaninin azadlıq tələbilə divarlara şüarlar yazdılar.
Azərbaycanlı milli-mədəni fəallar iyunun 17-də, Əmir Səttarinin aclıq aksiyasının 8-ci günündə şəhərin müxtəlif məhəllələrində divarlara aşağıdakı şüarları yazıblar: “Biz Əmir Səttarinin səsiyik”, “Əmir Səttariyə özgürlük”, “Güney Azərbaycanın siyasi məhbuslarına gözgürlük”, “Azərbaycan var olsun – Lisani azad olsun” və ….
Qeyd edək ki, Əmir Səttari 2019-cu il iyunun 10-dan rejimin Təbrizdə yerləşən mərkəzi zindanında aclıq aksiyası keçirir. O aksiyasının 7-ci günündə həbsxana məsulları tərəfindən döyülərək təknəfərlik kameraya aparılıb. Tanınmış azərbaycanlı fəal Abbas Lisani isə yanvarın 15-dən Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır və uzun müddət aclıq aksiyasında olub.