Çərşənbə axşamı , Dekabr 24 2024
azfa

Azərbaycanlı fəallar Evin zindanında həbsdə saxlanılan Araz Əmanın ailəsi ilə görüşüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar Evin zindanında həbsdə saxlanılan Araz Əmanın ailəsi ilə görüşüblər.

Görüşdə Araz Əmanın qardaşı Mehdi Əman Arazın necə həbs edilməsi və son vəziyyəti barədə məlumat verib.

Onun sözlərinə görə qardaşı yaxalanan zaman məmurlar tərəfindən mənəvi və fiziki işgəncələrə, eləcə də təhqirlərə məruz qalıb.

Görüşün sonunda Araz Əmanın ailəsinə fəallar tərəfindən üzərində “Elinə yanan kül olmaz” yazılı Arazın portreti hədiyyə edilib.

Qeyd edək ki,  Araz Əman 2024-cü ilin fevral ayının 7-də Təbrizdə saxlanılaraq Evin həbsxanasına köçürülüb. Sağlanlıq problemləri olan Araz Əmanın həbsindən 200 gün ötsə də onun indiyədək həkimə müraciət etməsinə ikan verilməyib.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin …

Əli hər yerdən üzülən Xamenei əhalini Süriyada üsyana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın …