GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı milli fəallar rejim tərəfindən yaxalanma təhlükəsini göz önünə alaraq Azərbaycan siyasi məhbuslarına azadlıq və milli tələblərlə bağlı şüarlar yazıblar.
Azərbaycanlı fəallar türk dilində təhsil hüququnun təmin edilməsi və həbsdə olan azərbaycanlı milli-mədəni fəalların azadlığa buraxılması ilə bağlı şüarlar yazıb.
Fəallar “Türk dilində mədrəsə – Olmalıdır hər kəsə”, “Azərbaycanın siyasi məhbusları özgür buraxılsın”, “Azərbaycan var olsun istəməyən kor olsun” və s. şüarlar yazıblar.