Çərşənbə axşamı , İyul 2 2024
azfa

Azərbaycanlı fəallardan həbsdə sağlıq durumu pisləşən azərbaycanlı fəala dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı fəal həbsdə sağlıq durumu pisləşən azərbaycanlı fəala dəstək nümayiş etdiriblər.

Onlar Təbrizdə müxtəlif yerlərə milli fəal və idmançı Kərim İsmailzadənin şəkli və “Azadlıq, Ədalət, Milli hökumət” şüarı yazılmış vərəqələr yapışdırıblar.

Qeyd edək ki, Urmu-Araz üçün birlik kampaniyasına görə “insanları kiberməkanda zorakı hərəkətlərə təhrik və dəvət etmək”də günahlandırılan İsmayılzadə aprel ayının 17-də həbs edilib və 6 aylıq məhkumluq dövrünü keçirmək üçün Təbriz həbsxanasına köçürülüb.

Bir neçə xəstəlikdən əziyyət çəkən fəal iyunun 25-də mədə qanaxması səbəbindən polis nəzarətində xəstəxanaya köçürülüb.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının Şuşa sammitinin proqramı açıqlanıb

GADTB: Türk Dövlətləri Təşkilatının (TDT) Şuşa sammitinin proqramı açıqlanıb. İyulun 6-da Azərbaycanın Şuşa şəhərində Türk …

İranın Ermənistandakı səfiri: Yeni prezidentin seçilməsi ilə İran İslam Respublikasının siyasətlərində heç bir dəyişiklik olmayacaq

GADTB: İranın Ermənistandakı səfiri ki, yeni prezidentin seçilməsi ilə İran İslam Respublikasının siyasətlərində heç bir …