Çərşənbə , Avqust 26 2026
azfa

Türkiyə İrana PKK terror qruplaşmasına silah verdiyi üçün sərt xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə İrandan PKK terror qruplaşmasına silah verməməyi və Ankaranın kürd silahlılarına qarşı hərbi əməliyyatına müdaxilə etməməyi tələb edib.

Bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzeti mənbələrə istinadla məlumat verib.

“Ötən həftə İraqın Süleymaniyyə şəhərində Türkiyə ilə İran arasında görüş baş tutub. İclasda Türkiyə Xarici İşlər Nazirliyinin və təhlükəsizlik qüvvələrinin nümayəndələri iştirak ediblər. İrandan PKK-ya tədarükün dayandırılması tələb edilib və terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq təklif edilib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, görüşdə İran rəsmiləri PKK-ya heç bir tədarükün edilmədiyini deyiblər:

“Bundan sonra Türkiyə rəsmiləri iranlılara fotodəlillər təqdim ediblər. İran tərəfi arqumentləri təkzib edərək yüklərin onlara heç bir aidiyyəti olmadığını bəyan edib. Bu dəfə İran hakimiyyətinə birbaşa bildirilib ki, əgər yeni tədarük partiyası olacaqsa, vurulacaq. Ankara İranın sərhəd bölgəsində terrorçuları Türkiyə ərazisinə dəfələrlə köçürdüyünü sənədlərlə sübut edərək, Tehrandan bu köçürmələrdən imtina etməsini tələb edib. Türkiyənin son istəyi əməliyyat sahəsini çirkləndirməmək olub. İran rəsmilərinə Türkiyənin antiterror əməliyyatına hər hansı müdaxilədən çəkinməli olduqları bildirilib”.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …