Cümə axşamı , Oktyabr 15 2026
azfa

Evin zindanında həbsdə saxlanılan azərbaycanlı alimin həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin həbs edib və ölüm cəzasına məhkum edilmiş ikili vətəndaşlığı olan azərbaycanlı alim və tədqiqatçı Əhmədrza Cəlalinin həyatı təhlükədədir.

Azərbaycanlı alimin yoldaşı dünən onun aclıq aksiyasına toxunaraq, həyatının ciddi təhlükə altında olduğu barədə xəbərdarlıq edib.

Vida Mehrania bildirib ki, Əhmədriza Cəlalinin sağlamlıq durumu çox pisdir və aclıq aksiyasının dördüncü gününə girdiyi üçün həyatı ciddi təhlükə altındadır.

Cəlalinin həyat yoldaşı onun həbsxanadakı hədsiz arıqlamış vəziyyətini əks etdirən təsviri paylaşıb və bu şəklin aclıq aksiyasına başlaması ilə bağlı olduğunu vurğulayıb.

İranla İsveç arasında baş tutan məhbus mübadiləsindən sonra Vida Mehrania ərinin azadlığa buraxılmamasına etiraz etmişdi.

Qeyd edək ki, iyunun 15-də İsveç və İran arasında məhbus mübadiləsi olub, İsveç hökuməti bu ölkədə həbsdə olan iranlı keçmiş prokuror köməkçisi və siyasi qətllərin iştirakçısı Həmid Nurini sərbəst buraxıb və qarşılığında Tehranda həbsdə olan iki İsveç vətəndaşı ölkələrinə qaytarılıb.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …