Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı reperin aclıq aksiyası davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin  həbs etdiyi azərbaycanlı reper Milad Cəlilinin (Elşən) aclıq aksiyası davam edir.

Təbrizdə rejimin zindanında 8 aylıq həbs cəzasını çəkən azərbaycanlı reper 5 gündür ki, aclıq aksiyası keçirir.

Molla rejimi aclıq aksiyası keçirən Milad Cəlilinin digər azərbaycanlı milli fəallar Kərim İsmayılzadə və Salar Tahir Əfşarla birlikdə telefon danışığı haqqına da qadağa qoyub.

Bu yaxınlarda hər üç siyasi fəal bəyanat yayaraq bildiriblər ki, Evin zindanında həbsdə olan Güney Azərbaycanın siyasi məhbusları Tahir Nəqəvi, Əbdüləziz Əzimi Qədim, Hüseyn Piri, Ayaz Seyfxaha qarşı edilən zorakı rəftar bitməyənə qədər aclıq aksiyasını davam etdirəcəklər.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …