Şənbə , Fevral 1 2025
azfa

Azərbaycanlı gənclər İrəvanda “Qarabağ” mahnısı ifa etdilər- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan mediasında İrəvanın “Respublika” meydanında bir qrup şəxsin Azərbaycan türkcəsində “Qarabağ” mahnısını oxumasını əks etdirən video yayılıb. Videoda görünən şəxslərin Güney Azərbaycandan olan soydaşlarımız olduğu bildirilir.

Kadrları Ermənistanın bir sıra “Telegram” kanalları yayıb. Ermənilər baş verənlərlə bağlı təəccüb və hiddətlərini bildiriblər. Onlar İrəvan polisini fəaliyyətsizlikdə günahlandırıblar. Ermənilər onları “Azərbaycan kəşfiyyatçıları” adlandırsalar da, həmin şəxslərin Güney Azərbaycandan olan soydaşlarımız olduğu bildirilir.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin məlumatında isə bildirilir ki, mahnını ifa edənlər Milad Qəhrəmaniəfşar, Behzad Qafari Şabanlou, Mehdi Məhəmmədi, Həmid Əziz Maliki və Nadir Qafari adlı şəxslər olub.

Qeyd edilib ki, sözügedən İran vətəndaşları 2024-cü ilin 30 dekabrından 2025-ci ilin 3 yanvarına qədər İrəvanda olublar.

Video:

https://t.me/GADTB1/40135

Həmçinin yoxlayın

Molla rejimin ETTELAAT İdarəsi azərbaycanlı qardaşları Təbrizdə ağır işgəncələrə məruz qoyub

GADTB: İrqçi fars-molla rejimin ETTELAAT İdarəsi azərbaycanlı qardaşları Təbrizdə ağır işgəncələrə məruz qoyub. Səid və …

Türkiyə BMT Təhlükəsizlik Şurasının Şimali Kiprlə bağlı qərarına etiraz etdi

GADTB: Türkiyə Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının (TŞ) Şimali Kiprdəki sülhməramlı fəaliyyətinin uzadılmasına etiraz …