Cümə , Sentyabr 18 2026
azfa

Azərbaycanlı gənclər İrəvanda “Qarabağ” mahnısı ifa etdilər- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan mediasında İrəvanın “Respublika” meydanında bir qrup şəxsin Azərbaycan türkcəsində “Qarabağ” mahnısını oxumasını əks etdirən video yayılıb. Videoda görünən şəxslərin Güney Azərbaycandan olan soydaşlarımız olduğu bildirilir.

Kadrları Ermənistanın bir sıra “Telegram” kanalları yayıb. Ermənilər baş verənlərlə bağlı təəccüb və hiddətlərini bildiriblər. Onlar İrəvan polisini fəaliyyətsizlikdə günahlandırıblar. Ermənilər onları “Azərbaycan kəşfiyyatçıları” adlandırsalar da, həmin şəxslərin Güney Azərbaycandan olan soydaşlarımız olduğu bildirilir.

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin məlumatında isə bildirilir ki, mahnını ifa edənlər Milad Qəhrəmaniəfşar, Behzad Qafari Şabanlou, Mehdi Məhəmmədi, Həmid Əziz Maliki və Nadir Qafari adlı şəxslər olub.

Qeyd edilib ki, sözügedən İran vətəndaşları 2024-cü ilin 30 dekabrından 2025-ci ilin 3 yanvarına qədər İrəvanda olublar.

Video:

https://t.me/GADTB1/40135

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …