GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı həkim və fəal Əli Əkbər Süleymanlı qəzada həyatını itirib.
“Ölüm Yolu” kimi tanınan Dizəcdiz-Xoy yolunda baş verən qəzada həkim və tələbə hərəkatı fəalı Əli Əkbər Süleymanlı həyatını itirib.
Qəza zamanı iki avtomobil toqquşub, nəticədə iki nəfər həyatını itirib.
Yerli mənbələri qəzanın müvafiq yol infrastrukturunun olmaması səbəbindən baş verdiyini yazırlar.
Qeyd edək ki, Əli Əkbər Süleymanlı Xoyi Xəstəxanasının gənc həkimi, Azərbaycanın tələbə fəalı və Həmədan Tibb Elmləri Universitetində Şəhriyar tələbə təşkilatının keçmiş katibi idi.