Çərşənbə axşamı , Dekabr 24 2024
azfa

Azərbaycanlı körpəyə türk adına görə molla rejimi doğum şəhadətnaməsi vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın  Germi şəhərində molla rejimi Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi Manas adlı azərbaycanlı körpəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edib.

Bununla bağlı dünən Manasın atası Höccət Dana “İnstagram” hesabında paylaşım edərək yazıb: “Bu gün Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinə getdim. Oğluma Manas adına görə doğum şəhadətnaməsi vermədilər. Hər zaman olduğu kimi eyni cəfəngiyatı təkrarladılar. Ancaq mən bu adı oğlum üçün çoxdan seçmişəm, savaşıb alacağam!”.

Əvvəllər makılı Mehrab Məqsudzadənin ailəsi, uzun mübarizədən sonra, öz övladları üçün Manas adına kimlik ala bilmişdi.

Bu ada artıq kimlik sənədi alınmış olsa da vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı təşkilatının məsul şəxsləri bu adı “qadağan olunmuş adlar” siyahısından çıxarmamış, Manas adını “arzuolunmayan ad” kimi göstərərək kimlik sənədi verməkdən imtina etmişdilər.

Qeyd edək ki, İran hökuməti etnik azlıqlara övladlarına qeyri-fars adlarını seçməyə icazə vermir. Habelə azərbaycanlı uşaqlara türk adlarına görə doğum haqqında şəhadətnamə verilmir.

Fars və ərəb adlarından başqa adları qeyri-İrani adlar hesab edilir. Azərbaycanlı valideynlər uşaqlarına türk adları seçdiklərinə görə məhrumiyyət və təzyiqlərlə üzləşir, uşaqlara türk adlarına görə illərlə kimlik sənədi verilmir.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin ailəsinə təzyiq göstərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli fəal Vahid Əbhərinin …

Əli hər yerdən üzülən Xamenei əhalini Süriyada üsyana çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Əli Xamenei Türkiyənin xarici işlər naziri Hakan Fidanın …