GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı məktəblilərin yarışında milli şüarlar geniş vüsət almaqdadır.
2018-ci il noyabrın 11-dən Ərdəbil məktəbləri arasında idman yarışları keçirilir. Yarışlar çərçivəsində azərbaycanlı məktəblilər milli şüarlar səsləndirirlər.
Keçirilən yarışlara Ərdəbilin “17 Şəhrivər” məktəbi ev sahibliyi edir. Ərdəbildə məktəblilər müxtəlif idman növləri üzrə yarışlar keçirəcək.
Yarışda azərbaycanlı məktəblilər “Yaşasın Azərbaycan” və s. milli şüarlar səsləndiriblər.