Çərşənbə axşamı , Oktyabr 15 2024
azfa

Azərbaycanlı milli fəal Əli Rəzizadə Nadarlı həbs müddətini başa vurub azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin şərləyib həbs etdiyi azərbaycanlı milli fəal Əli Rəzizadə Nadarlı həbs müddətini başa vurub azadlığa çıxıb.

Güney Azərbaycanım Şəbistər bölgəsinin Nadarlı kəndindən olan və Tehrann Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Əli Rəzizadə Nadarlı 1 illik məhkumluq dövrünü başa vurduqdan sonra sərbəst buraxılıb.

Azərbaycanlı fəal oktyabrın 14-də həbsdən buraxılıb və milli-mədəni fəallar tərəfindən qarşılanıb.

Qeyd edək ki, “pantürkizm qruplaşmasına üzv olmaqla ölkənin milli təhlükəsizliyinə xələl gətirmək”də ittiham edilən Əli Rəzizadə Nadarlı, 29 oktyabr 2023-cü ildə həbs cəzasını çəkmək üçün Evbin həbsxanasına salınıb.

Məhkəmənin qərarına görə, Rəzizadə Nadarlı 1 il həbs cəzasınıın başa çatmasına baxmayaraq, 2 il müddətinə siyasi, ictimai qurumlara üzv ola, sosial mediada fəaliyyət göstərə və ölkədən çıxa bilməz.

Həmçinin yoxlayın

Təbrizin İstilik Elektrik Stansiyası sahəsində ağaclar kütləvi şəkildə kəsilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin İstilik Elektrik Stansiyası sahəsində ağaclar kütləvi şəkildə …

Hakan Fidan: “3+3” platformasının növbəti iclası İstanbulda keçiriləcək

GADTB: “3+3” regional platformasının növbəti – üçüncü iclası oktyabrın 18-də İstanbulda keçiriləcək. Bu barədə Türkiyə …