Cümə axşamı , Sentyabr 10 2026
azfa

Təbrizin İstilik Elektrik Stansiyası sahəsində ağaclar kütləvi şəkildə kəsilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizin İstilik Elektrik Stansiyası sahəsində ağaclar kütləvi şəkildə kəsilib.

Stansiya ətrafında olan yüzlərlə uzun ömürlü ağac kəsilib, yaşıllıq zolağı məhv edilib.

Ekofəallar məsələ ilə bağlı İstilik Elektrik Stansiyası rəhbərliyi və başqa əlaqədar dövlət qurumlarına edilən müraciətlərin cavabsız qaldığını bildiriblər.

Onların sözlərinə görə, bundan əvvəl Təbrizin ən yaşıl bölgələrindən sayılan İES ərazisi ağacların kəsilməsindən sonra səhralığa çevrilib.

Qeyd edək ki, bundan öncə Təbrizin tarixi Gülüstan bağının bir hissəsinin də ağacları kəsilməsilərək, parkın bir hissəsi rejimin polis qüvvələrinə verimişdir.

Video:

https://t.me/GADTB1/37906

Həmçinin yoxlayın

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki …

Yəmən hökumət qüvvələri Təiz vilayətinin qərbində irəliləyir: husilərdən bir neçə mövqeyi geri alınıb

GADTB: Yəmənin rəsmi hökumətinə bağlı silahlı qüvvələr bildiriblər ki, Təiz vilayətinin qərbində yerləşən «Əl-Kədəhə» cəbhəsində …