Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycanlı öyrənci Armita Pavir Təbriz zindanında aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin həbs edərək Təbrizdəki zindanın qadınlar bölməsində saxladığı azərbaycanlı fəal və Mədəni Universitetinin öyrəncisi Armita Pavir ciddi təzyiq və işgəncələrlə qarşılaşıb.

Ciddi təzyiqlər üzündən azərbaycanlı fəal noyabrın 22-dən aclıq aksiyasına başlayıb. O, bununla qeyri-müəyyən şərayitdə saxlanıldığına və hüquqlarının pozulduğuna etirazını bildirir.

Qeyd edək ki, Armita Pavirin ailəsi ilə görüşü və telefon danışığına icazə verilmir və mütəmadi olaraq təhlükəsizlik bölməsinə aparılaraq dindirilir.

Molekulyar hüceyrə biologiyası öyrəncisi olan təbrizli Armita Pavir oktyabrın 31-də Universitetin qarşısında molla rejiminin məmurları tərəfindən həbs edilib.

Hələlik fəalın nədə ittiham edildiyi barədə dəqiq məlumat verilmir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …