GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbriz Azad Universitetinin bir qrup öyrəncisi və milli fəalları Güney Azərbaycanda molla rejimin uzun müddətli həbsə məhkum etdiyi siyasi məhbuslarına dəstək bəyanatı yayıblar.
Bəyanatda milli fəallar İran konstitusiyasından sitat gətirərək yazıblar ki, İranda əhali etnik mənsubiyyətindən və milliyətindən asılı olmayaraq bərabər hüquqlara malikdir. Onların sözlərinə görə, heç kəs öz fikrinə görə təhqir oluna bilməz.
Azərbaycanlı fəallar bəyantda siyasi məhbuslara ağır həbs cəzalarının verilməsini tənqid ediblər. Habelə milli fəallara qarşı çıxarılan hökmləri pisləyir və bu addımlara tez bir zamanda son qoyulmasını təlıb ediblər.
Qeyd edək ki, irqçi fars-molla rejimi 8 ay qeyri-müəyyən vəziyyətdə həbsdə saxladığı azərbaycanlı fəalları uzun müddətli həbslərə məhkum edib.