Bazar ertəsi , May 6 2024
azfa

Azərbaycanlı siyasi məhbus Abbas Lisani əməliyyat olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, müalicə üçün tibbi məzuniyyətə buraxılmış azərbaycanlı siyasi məhbus Abbas Lisani aprelin 9-da Təbrizdə əmməliyyat olunub.

Azərbaycanlı siyasi məhbus Abbas Lisaninin Təbrizin Vəliəsr xəstəxanasında bel diskindən əməliyyat olunduğu bildirilir.

Həkimlər tövsiyə ediblər ki, azərbaycanlı siyasi məhbus cərrahı lazer əməliyyatından sonra təxminən 1 aya yaxın müddətdə hərəkət etməməli, tam istirahət etməli və əməliyyatın nəticəsindən arxayın olmaq üçün yenidən müayinədən keçməlidir.

Azərbaycanlı siyasi məhbus Abbas Lisani üç nəfərdən ibarət məhkəmə-tibb komissiyasından cavab aldıqdan sonra 13 fevralda 6 ay müddətinə tibbi məzuniyyətə buraxılıb.

Lisanini müayinə edən və Tibbi Ekspertiza Mərkəzinin həkimləri onun bel sütununda ciddi problemlərin olduğunu, uzun müddətli müalicəyə ehtiyacı olduğunu bildirmişdilər.

Bununla bağlı həkimlərin rəyində bildirilmişdi: “Məhbusa altı ay müddətində cəzaçəkmə müəssisəsindən kənarda müalicə imkanı verilməli, bu müddət ərzində lazımi tibbi prosedurlar və cərrahi əməliyyatlar aparılmalı, qeyd olunan müddət bitdikdən sonra yenidən müayinəyə göndərilməlidir”.

Qeyd edək ki, İran rejiminin Ərdəbildəki zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Abbas Lisani yanvarın 24-də müayinə və komissiya üzvlərinin rəylərinin öyrənilməsi üçün Ərdəbildə Tibbi Ekspertiza Mərkəzinə aparılmışdı.

İran rejiminin məmurlarının müdaxiləsi nəticəsində müxtəlif xəstəliklərdən, o cümlədən bel-onurğa disk yırtığı xəstəliyindən əziyyət çəkən azərbaycanlı siyasi məhbusun vəziyyəti ağırlaşmışdı.

2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

Azərbaycanlı sənət adamı evində molla rejimin qüvvələrinin hücumuna məruz qalıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin ETTELAAT məmurları Aşqin xanım İmaminin …

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …