Cümə axşamı , Oktyabr 22 2026
azfa

İranın edama məhkum etdiyi azərbaycanlı alim Əhmədrza Cəlali həbsdə döyülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin edama məhkum etdiyi azərbaycanlı alim Əhmədrza Cəlali həbsdə rejimin göstərişi ilə döyülüb.

Bu barədə Azərbaycan İnsan Haqları Cəmiyyəti-“ƏRK”  məlumat yyıb. Yayılan məlumata görə, İsveç vətəndaşı olan azərbaycanlı alim, tədqiqatçı Əhmədrza Cəlali aprelin 4-də Tehranın Evin zindanında “tibbi personelin əməkdaşları”tərəfindən şəkildə döyülüb.

Alimin döyülməsinin səbəbinin onun tibb işçiləri və nəzarətçilərin ona məxsus dərmanları oğurlamalarına etiraz etməsi bildirilir.

Evin zindanında həbsdə saxlanılan azərbaycanlı alim müxtəlif xəstəliklərdən əziyyət çəkir və bundan öncə uzun müddət təkadamlıq kameralarda saxlanıldığı, ağır işgəncələrə məruz qaldığı üçün sağlamlığında çoxlu problemlər yaranıb.

Əhmədrza Calali İranda tibbi universitetində təhsilini başa vurduqdan sonra bir müddət Təbii Fəlakətlər Mərkəzində çalışıb və 2009-cu ildə təhsilini davam etdirmək üçün İsveçə gedib.

Təbii fəlakətlər üzrə doktorluq dərəcəsini İsveçin Karolinska İnstitutundan alan Calali həyat yoldaşı və iki övladı ilə birlikdə İsveçdə qalmalı olub, o İtaliya və Belçikada da elmi-tədqiqat müəssisələrində də çalışıb.

2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana səfər edən Əhmədrza Cəlali təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq “İsrailin xeyrinə casusluq etmək” ittihamı ilə həbs olunub.

O 2017-ci ilin sentyabr ayında “düşmən dövlətin xeyrinə casusluq etmək yolu ilə Yer üzündə fəsad törətmək” ittihamı ilə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qərarı ilə edam cəzasına məhkum olunub və Ali Məhkəmə iki ay sonra haqqında çıxarılan qərarı qüvvədə saxlayıb.

Həmçinin yoxlayın

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …

Tramp: İranın nüvə silahına sahib olmasının qarşısını almasaydıq, indiyədək dağıdıcı nüvə silahlarından istifadə etmiş olardı

GADTB: ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikasının nüvə silahına sahib olmasının qarşısını almağı özünün …