Şənbə , Noyabr 30 2024
azfa

Azərbaycanlı siyasi məhbus Abbas Lisani sürgünə göndərildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi  məhbus Lisani uzun müddət həbsdən sonra azadlığa çıxaraq  sürgünə göndərilir.

Azərbaycanlı siyasi məhbus Yəzd şəhərində iki illik sürgün cəzasını çəkmək üçün Ərdəbildə rejimin zindanlndan təcridxanaya köçürülüb.

Abbas Lisani 50 ay həbs cəzası çəkdikdən sonra fevralın 21-də polis qüvvələrinin müşayiəti ilə zindanın 7-ci bölməsindən Ərdəbil şəhərində polis idarəsinin təcridxanasına köçürülmüşdü.

Azərbaycanlı siyasi məhbus 8 illik həbs cəzasının 4 ilini çəkdikdən sonra, bir neçə gün öncə barəsindəki haqsızlıqlara və müalicə olunmasına imkan verilmədiyi üçün aclıq aksiyasına başlayacağını bildirmişdi.

Qeyd edək ki, Abbas Lisaninin sağlamlıq durumunun pisləşməsi, bir neçə xəstəlikdən əziyyət çəkməsi və müalicə olunması ilə bağlı həkimlərin rəyinə baxmayaraq, onun tibbi məzuniyyətə buraxılmasına icazə verilmirdi.

Azərbaycanlı siyasi məhbus Abbas Lisani keçən il əməliyyat olunduqdan sonra həkimlərin tibbi məzuniyyətinin müddətinin uzadılması barədə arayışlarına baxmayaraq, ETTELAAT-ın təzyiqi və rejimin Ərdəbildəki prokuroru Abdullah Təbatəbayinin göstərişi ilə onun məzuniyyət qərarı ləğv edilərək avqustun 27-i günorta saatlarında zindana salınmışdı.

Abbas Lisani 2019-cu ilin iyul ayında 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilmişdi.

Həmçinin yoxlayın

Rusiya, Avropa və ABŞ arasında gərginləşən geosiyasi mübarizə

GADTB: “Rusiya indiki dövrdə daxili çəkişmələr və çətinliklər ilə qarşı-qarşıyadır. Bu çəkişmələr, həmçinin Rusiya hökumətinin, …

Azərbaycanlı fəal Vədud Əsədi bəraət alıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, heç bir günahı olmadan və sırf milli-mədəni fəaliyyətlərinə …