Çərşənbə , Oktyabr 14 2026
azfa

Türkiyə Güney Kiprin NATO-ya müraciəti qəbuledilməzdir hesab edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rəsmi Ankara Kiprin NATO-ya üzvlük müraciətini qəbuledilməz hesab edir.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

Qeyd edilib ki, bu istiqamətdə cəhd Kipr məsələsində həssas tarazlığı pozacaq və problemin həlli prosesinə mənfi təsir göstərəcək:

“Türkiyə NATO-ya üzv ölkə olaraq alyansın genişləndirilməsi ilə bağlı qərarların yekdilliklə qəbul edildiyini xatırladır və bu proseslərin hər bir ölkənin milli təhlükəsizlik qayğıları nəzərə alınmaqla həyata keçirilməsində israrlıdır. Hazırkı vəziyyətdə Kiprin NATO-ya üzvlük üçün müraciət etməsi Türkiyə tərəfindən qəbuledilməz bir hadisədir”.

Qeyd edək ki, Kipr Respublikasının ABŞ administrasiyasına NATO-ya daxil olmaq planını təqdim etdiyi barədə mediada məlumat yayılıb.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …