Cümə axşamı , May 7 2026
azfa

Sayın Mikayil bəy Oyta və sayın Sara xanın Azərsun Türkiyədən gəlmiş rəsmilərlə görüşdə-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyinin qadın departamentinin sədri Sara xanım Azərsun Türkiyədən gələn rəsmi qonqlarla görüşüblər.

28 Noyabir cümə axşamı Türk və İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyi Komissiyasının sədri, Müsəlman İcmaları və Azlıqlar Komitəsinin məruzəçisi Şanlıurfa millət vəkili Abdurrahim Dusak Sidneydə bir sıra görüşlər keçirib.

Türkiyə Baş Konsulluğu başda olmaqla Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl bəy Oyta və Güney Azərbaycan Demokratik Türk Birliyinin qadın departamentinin sədri Sara xanım Azərsun Gelibolu Yaşlılara Baxım Mərkəzi, Türk Həmrəylik Mərkəzi, Qeyri Hökumət Təşkilatlarını və bir sıra iş adamlarını ziyarət ediblər.

Türk Evində Gelibolu məscidinin imamı Əbdülhalim Erkoç Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta tərəfindən qarşılanıb. Görüş baş konsul Belgin xanım Ergüneş, baş konsulun müavini Mehmet Erçıktı və Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikail Oytanın iştirakı ilə keçirilib.

Professor Abdurrahim Dusak Avstraliyada təhsildən mədəniyyət problemlərinə, İslamofobiyadan ictimai və dini quruluşdakı inkişaflara qədər bir çox mövzuda məlumat aldı. Türkiyə cəmiyyətinin illərdir üzləşdiyi problemlər müzakirə edilib. Problemlərin həlli ilə bağlı təkliflər  qiymətləndirilib.

Səmimi şəraitdə keçən görüş xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Video:

https://t.me/GADTB1/38830

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …