Cümə , Oktyabr 16 2026
azfa

Azərbaycanlı siyasi məhbus aclıq aksiyası keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Hamid Qaraoğlani aclıq aksiyası keçirir.

13 il həbsə məhkum edilən və hazırda Urmiya zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Hamid Qaraoğlani tələblərinin yerinə yetirilmədiyi üçün aclıq aksiyası keçirir.

5 ilə yaxındır həbsdə saxlanılan Qaraoğlani, şərti azadlığa buraxılması barədə müraciətlərinin cavabsız qalmasına etiraz olaraq aclıq edir. Azərbaycanlı məhbus yanvarın 13-dən aclıq aksiyasına başlayıb.

Onun aclıq aksiyası keçirdiyi üçün sağlamlıq durumunun ağır olduğu və bundan əlavə, onun zindan rəhbərliyinin təzyiqi altında olduğu bildirilir.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …