Cümə , Sentyabr 18 2026
azfa

İran Mədəniyyət və İslam İrşad Nazirliyi Türk dilində kitabların nəşrinə qadağa qoyub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Mədəniyyət və İslam İrşad Nazirliyi Türk dilində kitabların nəşrinə qadağa qoyub.

Azər Turan Nəşriyyatı, İran Mədəniyyət və İslam İrşad Nazirliyinin “millətçilik” bəhanəsi ilə bəzi Türk dilində kitabların nəşrinə mane olması ilə bağlı bir siyahı yayımlayaraq bu qərara etiraz edib. Nəşriyyat, bir neçə dəfə edilən düzəlişlərə baxmayaraq, bəzi kitabların iki ildən çoxdur nəşr icazəsi gözlədiyini bildirib.

Azər Turan Nəşriyyatı, Azərbaycan Türkcəsidəki kitablarının nəşrinin İran Mədəniyyət və İslam İrşad Nazirliyinin bu əsərlərə senzura qoyması səbəbilə faktiki olaraq dayandığını bildirib və “millətçilik” adı ilə nəşr icazəsi alına bilməyən kitabların siyahısını yayımlayıb.

Bu nəşriyyat şirkəti, dəfələrlə düzəliş etmələrinə və senzura meyarlarına uyğunlaşmağa çalışmasına baxmayaraq, bu əsərlərin nəşrinin iki ildən artıq bir müddət ərzində təxirə salındığını vurğulayıb.

Mədəniyyət və İslam İrşad Nazirliyi, “İrani azəri” adlı yeni bir təhriflə Türk yazarlara və nəşriyyatçılara əlavə təzyiq və məhdudiyyətlər tətbiq edib.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …