Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Azərbaycanlı siyasi məhbus Behnam Şeyxi məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında 2 illik həbs cəzasını çəkməkdə olan Behnam Şeyxi vəsiqə qarşılığında iyunun 15-də 3 günlük məzuniyyətə buraxılıb.

Qeyd edək ki, azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarlını 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün yaxalayıb, bir neçə gün sonra zaminə buraxmışdırlar.

Həmin azərbaycanlı fəallar rejimin Baharistandakı İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən toplam olaraq 45 il həbs və 8 il sürgün cəzasına məhkum edilmişdilər.

Nəhayət Tehran Apellyasi Məhkəməsinin 54-cü şöbəsi heç bir günahı olmayan həmin fəalların hər birini 2 il həbs və 2 il sürgün cəzasına məhkum edib.

Həmçinin yoxlayın

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …