Çərşənbə , Oktyabr 21 2026
azfa

Azərbaycanlı siyasi məhbus Mehrdad Şeyxinin tərcümeyi-halı –Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Radiofərda” Azərbaycan türk milklətinin hüquqları uğrunda fəaliyyətlərinə görə İran rejiminin Ərdəbildəki zindanında həbsdə saxladığı azərbaycanlı fəal Mehrdad Şeyxinin tərcümeyi-halı barədə proqram hazırlayıb.

Proqramda Mehrdad Şeyxinin 2019-cu ildə yanacağın qiymətlərinin bahalaşmasına etiraz olaraq başlanan aksiyalarda iştirak etdiyinə görə həbs edildiyi və s. məlumatlar əks etdirilib.

Mehrdad Şeyxi 20 noyabr 2019-cu ildə Ərdəbildə atası evində rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanıb, 11 gün təcridxanada qaldıqdan sonra 30 milyon tümən mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Ərdəbil İnqilab Məhkəməsi M.Şeyxiyə “Sistemə qarşı təbliğat aparmaq” ittihamı ilə bir il həbs cəzası barədə qərar çıxarsa da, Apellyasiya Məhkəməsi bu qərarı 6 ay həbs cəzasına endirib. Hazırda Mehrdad Ərdəbil həbsxanasında saxlanılır.

Mehrdad Şeyxi siyasi məhbus Behnam Şeyxinin kiçik qardaşıdır.

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …