GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən azərbaycanlı tərəfdarlar Təbrizin stadionunda milli şüar səsləndiriblər.
Güney Azərbaycanın “Traxtur” futbol klubunun tərəfdarları Təbrizin Traxtur və Sircanın Qolqohər komandalarının qarşılaşmasında Turan bayrağını dalğalandırıblar.
Azərbaycanlı tərəfdarlar kürd terrorçuların Azərbaycana torpaq iddialarına cavab olaraq, “Bu torpaqdan pay olmaq- Urmu Kürdüstan olmaz” şuarı səsləndiriblər.
Həmçinin çoxsaylı plakatlar qaldırıblar.
Plakatların birində yazılıb: “Azərbaycan xalqı Urmu gölünün tam dirçəldilməsini tələb edir!”
Yarış boyu həmçinin müxtəlif milli şuarlar səsləndirilib.
Video: