Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəallar zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəallardan  Hüseyn Amani, Əlirza Səbri və Cavad Əhmədzadə iyunun 11-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılıblar.

Bu barədə fəalların yaxınları sosial media kanallarında paylaşım ediblər.

Onların nədə ittiham olunduqları və həbs səbəbləri barədə hər hansı açıqlama verməyib.

Qeyd edək ki, 2006-cı il milli qiyamın ildönümündə may ayının 18-də azərbaycanlı fəallar rejimin məmurları tərəfindən yaxalanmışdılar.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …